Nazim Bəydəmirlinin həbsi iki ay uzadılıb

[vc_row][vc_column][vc_column_text]Yanvarın 31-də keçmiş deputat və sahibkar Nazim Bəydəmirlinin həbs müddəti iki ay uzadılıb. Bu barədə onun yaxınları bildiriblər.

Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.

* Nazim Bəydəmirli ötən il iyulun 4-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittihamı irəli sürülüb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.

Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ətraf mühitin çirkləndirilməsilə bağlı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarını dəstəkləməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə  qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, bu ittiham 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanır. Vəkil həm mahiyyət etibarilə, həm də iddia müddətinin keçməsilə əlaqədar ittihamın əsassız olduğunu deyib.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Nazim Beydemirli’s arrest extended for two months

Next Post

The ECHR has declared unlawful the criminal prosecution of the theologian Sardar Babayev

Start typing to see you are looking for.