NİDA fəalının vəkili qanunsuz həbsə görə təyin edilən təzminat məbləği ilə razı deyil

Bu gün Nəsimi rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Məmməd Əzizova mənəvi zərər əvəzi təzminat ödənilməsinə qərar verib. Bu barədə Turan-a onun vəkili Fariz Namazlı məlumat verib.

Vəkil qeyd edib ki, Əzizovun cinayət təqibinin və həbsinin qanunsuz olduğunu təsdiq edən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra Ali Məhkəmənin Plenumu 2022-ci ildə fəala bəraət verib.

“Biz də məhkəməyə müraciət edərək 100 min manat məbləğində kompensasiya tələb etdik. Məhkəmə 36 min manat kompensasiya təyin edib və biz bu qərarla razı deyilik, apellyasiya şikayəti verəcəyik. Çünki eyni iş üzrə həbs olunmuş digər şəxslərə 66 min manat kompensasiya verilib”, deyə vəkil bildirib.

Xatırladaq ki, Əzizov 2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlqıdan məhrum edilib. O, qanunsuz narkotik və silah dövriyyəsi, iğtişaşların təşkili maddələri ilə təqsirli bilinib.

2016-cu ildə o, əfv fərmanı ilə azadlığa buraxılıb. 2021-ci ildə Avropa Məhkəməsi onun hüquqlarının pozulduğu qənatəinə gəlib və 20 min avro mənəvi təzminat ödənilməsi barədə qərar verib.

Bunun ardınca Azərbaycan Ali Məhkəməsi Əzizova bəraət verib və əsassız olaraq həbsdə saxlanılması ilə əlaqədar 36 min manat təzminat təyin edib.

Previous Post

The defense of the NIDA activist does not agree with the amount of compensation awarded for illegal arrest

Next Post

Public activist Elvin Mustafayev arrested in Saatly

Start typing to see posts you are looking for.