Norveç Helsinki Komitəsi Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb

Norveç Helsinki Komitəsi müxalifətyönlü siyasətçi və alim Qubad İbadoğlunu dərhal həbsdən azad etməyə çağırıb.

Bu çağırış sentyabrın 12-də, siyasətçinin 52 yaşının tamam olduğu gün səslənib.

« İyulun 23-dən Qubad İbadoğlu saxta və siyasi motivli ittihamlarla həbsdədir. O, hökumətin siyasətilə razılaşmadığını və şəxsi fikrini açıq şəkildə bildirməkdən başqa bir şey etməyib.

Uzun illər İbadoğlu Azərbaycanda vətəndaş cəmiyyətinin cəsarətli liderlərindən biri olub, korrupsiya, insan hüquqlarının pozulması kimi təhlükəli mövzuları araşdırmağa hazır olub, Azərbaycanda insan hüquqları və demokratik prinsipləri müdafiə edib.

Onun fəallığı Azərbaycan hakimiyyətinin gizlətməyi üstün tutduğu bir çox həqiqətlərə işıq salır və siyasətçinin cəsarətli və qanuni fəaliyyəti ona baha başa gəlir.

Fəallığına və fədakarlığına heyran olan NHK, dərhal və qeyd – şərtsiz azadlığa çağırışını təkrarlayır” dedi

Onun fəallığına və fədakarlığına heyran olan Norveç Helsinki Komitəsi Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması çağırışını təkrarlayır”, – təşkilatın bəyanatında deyilir.

Previous Post

The Norwegian Helsinki Committee called for the release of Gubad Ibadoglu

Next Post

Issue of political prisoners in Azerbaijan raised at UN Human Rights Council session

Start typing to see posts you are looking for.