Polis müxalifətin etiraz aksiyasının iştirakçılarını dağıdır

Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz əlaməti olaraq təyin edilmiş etiraz aksiyası saat 16.00 radələrində başlayıb.

Amma polis qüvvələri aksiya iştirakçılarını hələ metronun “İçəri Şəhər” stansiyasının qarşısındakı bağda amansızlıqla saxlamağa başlayıb.

Vaxtaşırı bağda “Azadlıq!”, “İstefa!”, “Azadlıq, ədalət, milli hökumət!” və s. şüarlar səsləndirən etirazçılar görünür.

Onlar saxlanılır və barmaqlıqlı pəncərələri olan xüsusi avtobuslara mindirilir. Amma saxlanılanlar avtobuslarda şüarlar səsləndirməyə davam edirlər.

Polis amansız davranır, jurnalistlərin çəkiliş aparmasına maneə yaradır.

Onlarla insan saxlanılıb.

Aksiya Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən toplaşmaq azadlığının təmin edilməsi, quru sərhədlərin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər keçirilməsi və demokratik islahatlar aparılması tələbi ilə təşkil olunub.

Previous Post

Police disperse opposition protesters

Next Post

About 150 protesters detained in the center of Baku

Start typing to see posts you are looking for.