[vc_row][vc_column][vc_column_text]Bazar günü Qazax rayonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəalları Tahir Vəliyev, Fəzail Əliyev və oğlu Fərid əliyev saxlanılıb.
Gecə yarısına yaxın Vəliyev sərbəst buraxılıb, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Ramil Carçıyev Turan-a bildirib.
Vəliyev özü Turan-a bildirib ki, o 90-cı illərin əvvəlindən erməni işğalı altında olan Qazaxın yeddi kəndinin sakinlərindən aldığı müsahibəyə görə saxlanılıb.
Bu gün Fəzail Əliyev məhkəməyə aparılıb, yerli fəalların məlumatına görə, ona inzibati xəta törətməklə bağlı ittiham – “polisə tabe olmamaq” ittihamı irəli sürülüb.
Bazar ertəsi yerli məhkəmə onu “polisə müqavimət göstərdiyinə görə” 200 manat cərimələyib.
Onun oğlu Fərid Əliyev hələ də rayon polis bölməsində saxlanılır, həmin mənbələrə görə, ona qarşı narkotik maddə işi hazırlanır.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. [/vc_column_text][/vc_column][/vc_row]