Qırmızı Xaç həkimləri Saleh Rüstəmlini müayinə ediblər

December 17th, 2021

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri  müalicə müəssisəsində saxlanılan siyasi məhbus Saleh Rüstəmlini müayinə ediblər. Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

« Qırmızı Xaç həkmləri bildiriblər ki, uzunmüddətli aclıq ciddi fəsadlar verib və Saleh Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır. Amma elə fəsadlar da var ki, artıq müalicə mümkünsüzdür”, – Bayramov deyib.

Vəkilin sözlərinə görə, Rüstəmli çox zəifdir və otaqdan çıxa bilməyib. “Telefonla danışdıq, müəyyən müalicə alır”, – vəkil deyib.

* Saleh Rüstəmli əsassız cinayət təqibinin dayandırılması və həbsdən azad edilməsi tələbilə noyabrın 6-dan aclıq edib. O, doğmalarının və siyasi həmfikirlərinin israrlı xahişindən sonra 41-ci sutkada alcığı dayandırıb.