RƏSMİ BƏYANAT: RATİ Azərbaycan hakimiyyətini koronavirus pandemiyası ilə pərdələnərək ifadə azadlığına qanunsuz məhdudiyyətlərə son qoymağa çağırır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini tənqidçilərə qarşı genişmiqyaslı repressiyalara başlamaqda və yeni koronavirusun pandemiyası nəticəsində yaranan problemlərin kəskinləşməsi fonunda ifadə azadlığını məhdudlaşdırmaqda qınayır.

RATİ hakimiyyət orqanlarının Azərbaycanda ifadə azadlığını insan hüquqları müdafiəçilərinin, jurnalistlərin və siyasi fəalların, həmçinin sadə vətəndaşların uydurma cinayət və inzibati məsuliyyətə cəlb edilməsi, internet trafikinin keçirtmə qabiliyyətinin aşağı salınması ilə ölkə vətəndaşlarının internetə qoşulmaq imkanının məhdudlaşdırılması,
texnoloji və informasiya təcridi məqsədi ilə müxalifət liderləri və müstəqil jurnalistlərin mobil və şəhər telefonu və internet rabitəsinin kəsilməsi, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının əməkdaşlarının koronavirus pandemiyasından yaranan tənqid və narazılığın yayılmasını məhdudlaşdırmaq üçün müstəqil yerli və beynəlxalq media nümayəndələrinə qarşı təhdidləri, ifadə və məlumat azadlığını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi yolu ilə
məhdudlaşdırmaq cəhdlərini tamamilə qanunsuz hesab edir.

RATİ hesab edir ki, yuxarida sadalanan ifadə azadlığına qoyulan məhdudiyyətlərin hamısı Azərbaycan prezidentinin bütün müxalif fikirliləri düşmən kimi tanıması və məcburi təcrid olunmasının vacibliyi ilə bağlı son çağırışlarının nəticəsidir.

Beləliklə, həm dünyada, həm də Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşdiyi bir vaxtda, 10 və 19 mart və 17 aprel 2020-ci il tarixli ictimaiyyətə video-müraciətlərində İlham Əliyev müxalifəti və vətəndaş cəmiyyətini dövlətin düşməni və xarici dövlətlərin beşinci kalonu adlandırmaqla eyni zamanda müxalifəti təcrid etməyin zəruriliyini açıq şəkildə bildirdi.

Ölkə daxilindəki tənqidçilərini ictimai şəkildə təhqir etməklə məhdudlaşmayan prezident, mühacirətdə olan tənqidçilərini hədələyərək onları ciddi şəkildə mübarizə aparılmalı olan təhlükəli elementlər adlandırdı.

Əliyev, eyni zamanda, Avropa Şurasını və onun institutularının nümayəndələrini tənqid edərək, insan haqlarına hörmətlə bağlı bu yaxınlarda olan bütün çağırışlarını lazımsız kağız parçaları adlandırıb və bildirib ki, nə o, nə də onun hakimiyyət onları dinləmək niyyətində deyil.

Prezidentdən dərhal sonra hakimiyyətin tənqidçilərinə qarşı təhdidlər və təhqirlər prezidentin aqressiv-düşmənçilik çıxışlarını tam dəstəkləyən parlament üzvlərindən gəldi.

Fərqli fikrə qarşı nifrət oyatma kampaniyasını dövlət təbliğatının və dezinformasiyanın rupori kimi çıxış edən hakimiyyətyönlü KİV-lər də davam etdirdi.

RATİ hesab edir ki, ölkə rəhbərliyinin aqressiv müraciətlərini nəzərə alaraq siyasi sifariş icra edən Azərbaycan hüquq-mühafizə orqanları martın 22-də hökumətin aparıcı ictimai tənqidçilərindən biri, tanınmış müxalifətçi və jurnalist Tofiq Yaqublunu uydurma xuliqanlıq ittihamı, bir həftə sonra – martın 30-da isə daha absurd oğurluq ittihamları jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədi həbs ediblər.

Aprelin 20-də 45 dəqiqə ərzində böhtan və polisin təhqir edilməsi ittihamı ilə müasir Azərbaycanın tarixində ən qısa məhkəmə iclası keçirildi, siyasi sifarişi yerinə yetirən hakim hazırlıq iclası keçirdi, işə baxdı və müdafiəsiz qalan (müttəhimin vəkili karantin səbəbindən şəhərlər arasında hərəkətə qoyulaт məhdudiyyət səbəbindən paytaxtdan rayona gedə bilmədi) müxalifətçi Zamin Salaevə 2 il 3 ay həbs cəzası verdi.

Son bir ayda fərqli fikirli tənqidçilərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı peşə vəzifələrini icra edərkən karantin rejimini pozmaq bəhanəsi ilə 4 müstəqil reportyor İbrahim Vəzirov, Mirsahib Rahiloğlu, Natiq İsbatov və İsmayıl Nadirliyə inzibati həbs cəzası erilib, baxmayaraq ki, jurnalistlər peşə fəaliyyətlərini həyata keçirirdi və bunu heç bir məhdudiyyət olmadan etmək hüququna malik idilər.

Azərbaycan Prezidentinin açıq çağırışından sonra koronavirusun yayılmasının fəsadları səbəbindən hakimiyyətin hərəkət və hərəkətsizliyindən artan narazılığın fonunda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri, müxalifət lideri Əli Kərimli qeyri-rəsmi ev dustaqı edilib, onun yerli və beynəlxalq mətbuata müsahibə verə bilməməsi üçün mobil və ev telefonu söndürülüb.

Son 10 gündə informasiya blokadasının səbəbləri ilə tanış olmaq və onunla video-müsahibə hazırlamaq üçün Əli Kərimlinin evinə gələn bir çox jurnalist (telefon və ya Skype-da video müsahibələr edə bilmədikləri üçün) hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları tərəfindən qeyri-qanuni təhdidlərə məruz qalıb.

TURAN xəbər agentliyinin və Amerikanın Səsi-nin Azərbaycan xidmətinin nümayəndəsi Tapdıq Fərhadoğlu da hakimiyyətin təzyiqi ilə üzləşib.

Azərbaycan hakimiyyəti mühacirətdəki tənqidçilərinin təqiblərini də gücləndirib.

Belə ki, RATİ-də olan məlumata görə, Azərbaycan xüsusi xidmət orqanları YouTube vasitəsilə hər gün hakimiyyəti sərt şəkildə tənqid edən fəalları cəzalandırmaqla təhdid edir.

Qərbi Avropa ölkələrində və ABŞ-da yaşayanlar fiziki zorakılıq və ya qaçırılaraq Azərbaycana gətirilmək hədələri ilə üzləşir.

Nəzərə alsaq ki, son bir neçə ildə RATİ-yə hakimiyyətin tənqidçilərinin Türkiyədən ən azı iki (jurnalist Rauf Mirqədirovun və səs-küyə səbəb olan SUSMA etiraz mahnısının müəllifi, bəstəkar, eks-deputat, Almaniyada siyasi sığınacaq almış Hüseyn Abdullayevin işi), Ukraynadan bloger Elvin İsayevin (üç ay əvvəl Azərbaycan hakimiyyəti onun Rusiyadan ekstradisiyasını istədi, o da Ukraynaya getməyə məcbur oldu) qanunsuz ekstradisiyalarını, araşdırmaçı jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanaraq gizli və qanunsuz olaraq Azərbaycana aparılması faktları məlumdur, o zaman Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədə yaşayan hakimiyyətin tənqidçiləri mürəkkəb vəziyyətdədirlər və dəstəyə ehtiyac duyurlar.
Son bir ay ərzində yüzdən çox adi vətəndaş əhalinin vəziyyətinin pisləşməsi ilə əlaqədar tənqidi fikirlər yazdığına görə təzyiq təhlükəsi ilə üzləşib.

Sosial şəbəkələrin istifadəçilərinə qarşı 10-dan çox inzibati iş açıldı, nəticədə insanlar bir neçə həftəliyə qanunsuz olaraq inzibati qaydada həbs edildi.

Belə ki, məsələn, Şamaxı şəhər sakini İkram Xudiyev ailəsinin sosial yardımsız qalmasını və uşaqları ilə birgə aclıqdan ölməmək üçün ot yeməyə məcbur olduqlarını əks etdirək satirik video vasitəsilə hakimiyyəti tənqid etdiyinə görə 10 günlük inzibati həbs cəzasına məhkum edilib.

Koronavirus dövründə hakimiyyətin bir tənqidçisini cəzalandırmasının ən biabirçı üsulu Aqil Humbatovla bağlı haldır, Prezident İlham Əliyevi açıq şəkildə tənqid etdiyi görə o sovet dövründə arzuolunmaz müxaliflərlə rəftar edildiyi kimi qanunsuz olaraq dəlixanaya salınıb.

“Təşkilatımızın bəyanatında göstərilən ifadə azadlığına edilən bütün təzyiq faktları Azərbaycanda müxalif fikrə seçkidən sonrakı təzyiqlərin inkaredilməz sübutudur, ölkədə və bölgədə pisləşən epidemioloji vəziyyət durumu bir qədər də ağırlaşdırır”, – RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib.

“Prezident Əliyevin elan etdiyi siyasi islahatlar islahatların imitasiyasından başqa bir şey deyil. Məsələn, Ali Məhkəmənin Plenumunun illərdi yerli məhkəmələrdə və Avropa İnsan Hüquqları Məhkəməsində işlərinə baxılan keçmiş vicdan məhbusları İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı bəraət qərarı məhkəmə islahatının göstəricisi hesab edilə bilməz, çünki həmin məhkəmələr yuxarıdan gələn bir əmrlə bir saatdan az müddətdə hansısa məmurun özbaşınalıqla razılaşmayan vətəndaşa qarşı şikayətinə baxaraq onu diffamasiyada təqsirkar bilərək bir neçə il müddətinə həbs cəzasına məhkum edə bilər.

Bir müddət əvvəl yaşı 65-dən yuxarı olan insanların səhhətlərinə təhlükə yarandığı üçün əfv edilməsi humanizm aktı deyil, bununla hakimiyyət beynəlxalq birliyi, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçilərini qismən çaşdıra bilib. Yaşı 65-dən yuxarı olan və həbsxanadan azad edilənlər arasında MTN generalı Akif Covdarov da var, o siyasi elitanın sifarişi ilə həyata keçirilən və ən səs-küylü siyasi qətl olan Elmar Hüseynovun qətlinin təşkilatçılarından biri kimi tanınır”, – deyə Emin Hüseynov fikrini tamamlayıb.

Səlahiyyətli orqanların koronavirusla əlaqədar olaraq fövqəladə vəziyyət elan etmədiyini və xüsusi bir karantin rejiminin ifadə azadlığını məhdudlaşdıran qanuni bir vasitə olmadığını nəzərə alaraq, RATİ Azərbaycan hakimiyyətini söz azadlığına yuxarıda göstərilən bütün hücumlara dərhal son qoymağa və istisnasız olaraq bütün siyasi və vicdan məhbuslarını (120-dən çox) dərhal azad etməyə çağırır, çünki onların sağlamlıqlarına təhlükə var və koronavirus infeksiyasına yoluxmaq riski yüksəkdir.

RATİ hesab edir ki, prezident İlham Əliyev və xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan hakimiyyəti koronavirusa qarşı mübarizə pərdəsi altında mövcud ailənin idarəetmə sisteminin modernləşdirilməsi və və təkmilləşdirilməsi görüntüsünü yaratmaq məqsədilə Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi niyyətilə növbəti anti-demokratik referenduma gizli hazırlaşmaq üçün ifadə azadlığını və ictimai-siyasi hüquqları daha çox məhdudlaşdırır.

RATİ Qərbi Avropa ölkələrini, ABŞ və Kanadanı koronavirus pandemiyası şəraitində Azərbaycanda əsas insan hüquqları ilə bağlı pisləşən vəziyyəti yaxından izləməyə və Azərbaycan hakimiyyətini ölkə daxilində və xaricində tənqidçilərini repressiyalardan çəkindirmək üçün bütün mümkün diplomatik və beynəlxalq hüquqi mexanizmləri işə salmağa çağırır.

RATİ eyni zamanda, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını, YUNESKO-nun Baş direktoru, ATƏT-in Söz Azadlığı üzrə Xüsusi Nümayəndəsini, ATƏT-nin DİİHB-un Baş Katibini, Avropa Şurasının Baş Katibini, ATƏT Baş Katibini və Avropa Şurası Parlament Assambleyasını, ATƏT Parlament Assambleyasını və Avropa Parlamentini öz səlahiyyətləri çərçivəsində Azərbaycan hakimiyyətinin qanunsuz hərəkətlərini pisləməyə və onlardan ölkənin ifadə azadlıqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərinə ciddi əməl etməyi və hətta yeni koronavirus epidemiyasının yayılması təhlükəsi zamanı onların məhdudlaşdırılmasına imkan verməməyi tələb etməyə çağırır.

Previous Post

Journalist E. Hasanzadeh threatened with his arrest

Next Post

ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ: ИСБР ПРИЗЫВАЕТ ВЛАСТИ АЗЕРБАЙДЖАНА ПОЛОЖИТЬ КОНЕЦ НЕЗАКОННОМУ ОГРАНИЧЕНИЮ СВОБОДЫ ВЫРАЖЕНИЯ ПРИКРЫВАЯСЬ ПАНДЕМИЕЙ КОРОНАВИРУСА

Start typing to see posts you are looking for.