Saatlıda etiraz aksiyasının üç iştirakçısı həbs edilib

Saatlı rayonunda dünənki etiraz aksiyasının üç iştirakçısı inzibati qaydada həbs edilib.

Belə ki, Anar Hüseynov 20 sutka, Şıxəli Məmmədov 12, Habil Xanlarov 15 sutka mühakimə edilib.

Yerli sakinlər Turan-a bildiriblər ki, onlar polisə tabe olmamaqda təqsirli biliniblər.

Beş nəfər isə dünən sərbəst buraxılıb.

Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinləri onların torpaq sahəslərinə su verilməməsinə etiraz olaraq Bakı istiqamətində avtomagistralı bağlayıblar.

Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Yerli sakinlərin məlumatına görə, üç nəfər yaralanıb.

Previous Post

Three participanst of the protest action in Saatli arrested

Next Post

Case of Avaz Zeynally sent to Baku Grave Crimes Court

Start typing to see posts you are looking for.