Saleh Rüstəmlinin qohumları aclığa qoşulublar

December 13th, 2021

Dekabrın 13-də axşam siyasi məhbus Saleh Rüstəmlinin dörd yaxın qohumu həmrəylik əlaməti olaraq aclıq aksiyasına başlayıb. Bu barədə onlar Penitensiar Xidmətin müalicə müəssisəsinin qarşısında jurnalistlərə bildiriblər. Saleh Rüstəmli 38 gündür ki,  aclıq edir.

Məhkumun qardaşı Taleh Rüstəmli deyib ki, aclıq onun mənzilində davam edəcək. “Sabah bizə digər qohumlar və tanışlar da qatılacaq”, – o əlavə edib.

Bakı/13.12.21/Turan: Bazar ertəsi axşam daha beş nəfər Saleh Rüstəmlinin azadlığa buraxılması tələbilə qohumlarının aclıq aksiyasına qoşulduğunu bildirib.

Bunlar ictimai fəallar İlkin Rüstəmzadə, Seymur Əhmədsoy və Ceyhun Novruzov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahim, Müsavat Partiyasının üzvü Elman Quliyevdir. –0-