Sevinc Vaqifqızı İstintaq Təcridxanasında məhbusların təhdid edildiyini bildirib

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı dünən telefonla anasına nəzarətçilərin iki qadın məhbusu təhdid etməsinin, sonra isə karserə salmasının şahidi olduğunu bildirib. 

Vaqifqızının sözlərinə görə, məhbuslar üç saat ərzində əlləri qandallı şəkildə karserdə saxlanılıb. Jurnalist bunun İstintaq Təcridxanasının rəis müavinlərinin əmri ilə edildiyini qeyd edib. Bundan başqa, Mahir adlı nəzarətçi qızları İstintaq Təcridxanasının əməkdaşlarından şikayət etsələr, onları saçlarından tutub sürüyəcəkləri ilə hədələyib. Bu anda telefon söhbəti kəsilib. 

Jurnalistin anası Ofeliya Məhərrəmova İstintaq Təcridxanasında məhbuslara qarşı zorakılıq faktlarının açıqlanması səbəbindən qızının da təzyiqə məruz qalacağından narahatdır.

Lakin Penitensiar Xidmət iki qadın məhbusun cərimə kamerasına salındığı və onlarla pis rəftar olunduğu haqqında məlumatı təkzib edib. “Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, həssas  kontingentə aid olan qadınların nəinki son günlər, eləcə də son 1 il ərzində rejim qaydalarının pozuntusuna görə cərimə otağına keçirilmə faktları qeydə alınmayıb. Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin şəxsi təhlükəsizlikləri təmin edilir, hüquq və qanuni mənafeləri qorunur, işçi heyəti və həbsdə saxlanılan digər şəxslər tərəfindən onlara qarşı təzyiqlərə, işgəncələrə və qeyri-insani rəftara yol verilməyib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən aparılmış qəfil yoxlamalar və monitorinq zamanı da bu kimi hallar qeydə alınmayıb”, deyə Penitensiar Xidmətin sorğuya cavabında qeyd olunub.
Previous Post

Sevinj Vagifgyzy reported threats to female detainees in pre-trial detention center

Next Post

Court prolongs arrest term of journalist Nargiz Absalamova

Start typing to see you are looking for.