Söyüdlüdəki hadisələr və Nazim Bəydəmirlinin işi BMT-nin İnsan Hüquqları Şurasının sessiyassında qaldırılıb

[vc_row][vc_column][vc_column_text]Söyüdlü kəndindəki hadisələr və Azərbaycan parlamentinin keçmiş deputat Nazim Bəydəmirli barəsində cinayət işi sentyabrın 14-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında qaldırılıb.

İçməli sudan istifadə probleminə həsr olunmuş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov çıxış edib.

O deyib ki, Söyüdlü kəndinin sakinlərinin dinc aksiyalarına Böyük Britaniyada qeydiyyatdan keçmiş Anglo Asian Mining şirkətinin zərərli istehsalla məşğul olması, kəndin ekologiyasını zəhərləməsi və zərərli kimyəvi tullantılardan göl yaratması səbəb olmuşdu.

Qəsəbənin onlarla sakini polisin amansız zorakılığına məruz qalıb, etiraz aksiyaları başa çatdıqdan sonra da onların həbsləri davam edib. Həbs edilənlər arasında parlamentin keçmiş deputatı Nazim Bəydəmirli də var idi.

O, ictimaiyyətin diqqətini Söyüdlü kəndində təmiz su ilə bağlı dəhşətli vəziyyətə cəlb etdiyinə görə siyasi motivli və qondarma ittihamla həbs edilmişdi.

“Bu kənddə etirazlar yeganə hadisə deyil, son bir ildə Azərbaycanda təmiz sudan istifadə hüququnu müdafiə üçün onlarla başqa dinc aksiyalar qeydə alınıb, onlar hamısı amansızlıqla yatırılıb”, deyə hüquq müdafiəçisi qeyd edib.

O, BMT-ni ətraf mühiti mühafizə edənləri əlavə müdafiə ilə təmin etməyə çağırıb. “Biz həmçinin Azərbaycan hökumətini ətraf mühiti mühafizə edən Nazim Bəydəmirlini dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq”, deyə Hüseynov bildirib.

Sessiya çərçivəsində o, həmçinin BMT-nin ətraf mühiti mühafizə edənlərin hüquqlarının müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Frostla görüş keçirib, onu Azərbaycana qiymətləndirmə missiyası həyata keçirməyə, habelə Nazim Bəydəmirlinin işinə diqqət yetirməyə çağırıb.

* RATİ BMT-də məsləhətçi tərəfdaş statusuna malikdir. [/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Events in the village of Soyudlu and the case of Nazim Beidemirli at the session of the UN Human Rights Council

Next Post

Oppositionist Allahverdi Babayev arrested for 30 days

Start typing to see you are looking for.