Tərtər hadisələrilə bağlı mühakimə olunanların işlərinə yenidən baxılacaq

Gəncə Apellyasiya Məhkəməsi “Tərtər işi” üzrə 11 fiqurantın barəsində hökmü ləğv edib və işi yenidən  baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərib. Bu barədə Turan-a vəkil və hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Məhkumlar müttəhim statusuna qaytarılıb. Eyni zamanda, həbs qətimkan tədbirinin dəyişdirilməsi və müttəhimlərin azadlığa buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətləri təmin edilməyib.

Xatırladaq ki, hökmü Tərtər Hərbi Məhkəməsi çıxarıb, lakin hazırda Apellyasiya Məhkəməsi işi yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə verir.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində “Tərtər işi” üzrə 7 nəfərlik daha bir qrupun və ayrıca bir məhkumun işinə baxılır.

* 2016-cı ilin aprel döyüşlərindən sonra Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Ermənistana casusluq etdiyinə görə bir qrup hərbçinin həbs edilməsi barədə məlumat yayıblar.

İstintaqa bir neçə yüz adam cəlb edilib. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanların kütləvi işgəncələrə məruz qalmasından 2019-cu ildə xəbər tutub.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfər uzun müddətə azadlıqdan məhrum edilib, 9 nəfər isə işgəncələrdən ölüb.

Hakimiyyət uzun müddət hərbi qulluqçulara qarşı kütləvi repressiya faktlarını təkzib etsə də, ictimaiyyətin təzyiqi və zərərçəkənlərin qohumlarının daimi etirazı nəticəsində onları etiraf etməyə və istintaqı bərpa etməyə məcbur olub.

Mühakimə olunanların bir hissəsi bəraət alıb və ittihamlar götürülüb. Onlara işgəncə verənlər həbs olunub və mühakimə edilib. Lakin qanunsuz işgəncələrdə əli olanların həbsi son vaxtlara qədər davam edib.

Previous Post

The cases of the convicted in the Terter events will be reviewed

Next Post

Court did not satisfy Avaz Zeynally’s claim against prosecutor’s office

Start typing to see posts you are looking for.