Toplum TV-də axtarış başa çatıb, lakin nəşrin jurnalistlərinin taleyi məlum deyil

[vc_row][vc_column][vc_column_text]Saat 18.00 radələrində polis Toplum TV internet nəşrinin redaksiyasının ofisində axtarışı
yekunlaşdıraraq onu möhürləyib.
Binaya bütün yanaşmalar polis tərəfindən kəsilmişdi deyə, həmkarlar polisin redaksiya heyətini
özləri ilə aparıb-aparmadığını görə bilmədi.
Nəzərə alsag ki Toplum TV-nin əməkdaşları ofisdən çıxmayıb və zənglərə cavab vermir, çox güman
ki onlar saxlanılıb.
Onların hara aparıldığı və saxlanma səbəbi məlum deyil. Daxili İşlər Nazirliyi bunula baglı şərh
vermir.
“Baş verənlərin ağlabatan izahı yoxdur. Görünür, ölkədə müstəqil medianı tamamilə sıradan
çıxarmaq istəyirlər ki, tənqidi fikirlər üçün platforma qalmasın”, – deyə Toplum TV-nin baş redaktoru
Xədicə İsmayıl bildirib.
“Biz cinayətdə iştirak etməmişik və heç bir qanunsuz hərəkət etmirik. Ona görə də baş verənlərlə
bağlı heç bir hüquqi izahat yoxdur”, o deyib.
Xədicə İsmayıl əlavə edib ki Daxili İşlər Nazirliyindən heç bir rəsmi məlumat və axtarış protokolunu
ala bilmir.
O, redaksiyada olan əməkdaşlarının taleyinə də aydınlıq gətirməyə çalışır. Onlarla telefonla əlaqə
saxlamaq mümkün deyil.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The search at Toplum TV has been completed, the fate of the journalists is unknown

Next Post

Searches in the office of Platform III Republic and in the apartment of Akif Gurbanov

Start typing to see you are looking for.