Üç nəfər heyvansevər aktivist həbs olunub

August 7th, 2021

Avqustun 7-də bir qrup heyvansevərlər Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Avqustun 6-də axşam saatlarında şəhərin mərkəzində saxlanılan Elxan Mirzəyev, Nicat İsmayılov və Nicat Azayev İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrin pozulmasında təqsirli biliniblər.

Digər fəal Aynur Babazadə bildirib ki, dünən axşam şəhərin mərkəzində meymunu gəzdirib pul müqabilində həmin meymunla şəkil çəkdirməyə təklif edən şəxsə yaxınlaşaraq ona sivil qaydada etiraz bildiriblər. “Demişik ki, o, mrymunun dişlərini çıxardaraq heyvanı istismar edir. O izə bizə sərt cavab verib, təhqir edib. Mübahisə yarandı. Həmin an polislər gəldi və sərt şəkildə Elxan Mirzəyev, Nicat İsmayılov və Nicat Azayevi post patrul maşınına tərəf apardı”.

Fəal qeyd edib ki, saxlanılanlar Səbail rayon polis bölməsinə aparıldı, bu gün isə oradan Səbail Rayon Məhkəməsinə gətirildi. “Barəmdə isə İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edərək 50 manat cərimələyiblər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

By TURAN