Vəkil: “Təcridxanada Tofiq Yaqubluya təzyiq edilir”

yanvarın 9-da vəkil Nemət Kərimli Binəqədidə inzibati qaydada həbs olunanları saxlama məntəqəsində müxalifətçi siyasətçi Tofiq Yaqubluya baş çəkib. Yaqublu yanvarın 5-dən aclıq edir.

Vəkil Turan-a bildirib ki, Yaqublunun vəziyyəti getdikcə pisləşir. “O, çox arıqlayıb, çox solğundur, vaxtaşırı başgicəllənməsi olur”, – müdafiəçi deyib.

Bununla belə müxalifətçi tələbləri yerinə yetirilənə qədər aclığı  davam etdirmək niyyətindədir – yaxınları ilə görüşləri təmin edilsin, evdən ərzaq gətirilməsinə icazə verilsin və həbs qərarı ləğv edilsin.

Vəkil Yaqublu ilə ünsiyyətinin konfidensiallığının pozulmasına da toxunub. Belə ki, Yaqublu ilə görüşdə bir polis əməkdaşı da iştirak edib.

Vəkil bildirib ki, Yaqublunu digər məhbuslardan təcrid etməyiblər və ona  təzyiq edilir. Lakin Yaqublu buna etiraz edir, çünki təcridxanada gigiyena qaydalarına əməl olunmur və bütün məhbuslar üçün ancaq bir elektrik ülgücü var.

Yaqublu ilə həmrəylik əlaməti olaraq onun xanımı Maya Yaqublu da üçüncü gündür ki, evdə aclıq edir. “Aclığı davam etdirirəm, qan təzyiqim yüksəlib, amma aclığı davam etdirəcəm”, – o deyib.

Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalları Seymur Əhmədsoy və Elnur Quliyev ikinci gündür ki, onların evində aclığı davam etdirirlər, Maya Yaqublu bildirib.

*Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Həmin gün Səbail məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Yaqublu buna etiraz olaraq aclıq elan edib. O, qohumları ilə görüşmək, onun üçün qida məhsullarının qəbulu ilə bağlı hüququnun təmin edilməsini və həbs qərarının ləğvini tələb edir.

Previous Post

Pressure is exerted on Tofig Yagublu in detention center – lawyer

Next Post

Bakhtiyar Hajiyev resumed hunger strike

Start typing to see posts you are looking for.