“Yüksəliş” Partiyasının sədri Anar Əsədli həbs olunub

“Yüksəliş” Partiyasının sədri Anar Əsədliyə qarşı dələduzluq ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Partiyadan bildiriblər ki, aprelin 20-də Əsədli “xırda bir məsələni dəqiqləşdirmək üçün” Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb, 6 saat idarədə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Amma aprelin 21-də Əsədli yenidən qeyd edilən idarəyə çağırılıb, ona qarşı CM-in 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, məhkəməyə aparılıb. 

Turan Agentliyi hələlik Əsədlinin vəkilindən və ya ailə üzvlərindən şərh ala bilməyib.

Bir müddət əvvəl Əsədlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Ötən il noyabrın 18-də o, Ankaraya gedə bilməmişdi.

Həmin vaxt DİN-in mətbuat xidmətindən Turan-a bildirmişdilər ki, onun barəsində iki vətəndaşın şikayəti əsasında araşdırma aparılır. “Onlar polisə bildiriblər ki, o (Anar Əsədli), dələduzluq yolu ilə vətəndaşların birindən 150 min dollar, digərindən 10 min dollar məbləğində pul alaraq mənimsəyib”, deyə DİN-dən qeyd ediblər.

Amma Əsədli bu iddiaların əsassız olduğunu bildirib və hüquqlarının məhdudlaşdırılmasını “siyasi sifarişlə” əlaqələndirib. 

“Yüksəliş” Partiyası 2020-ci ilin parlament seçkilərindən sonra qurulub. Həmin seçkilərdə Əsəsdli deputatlığa namizədliyini irəli sürmüşdü və səsvermə başa çatdıqdan sonra onların saxtalaşdırıldığını bildirib. 2021-ci ildə partiya qeydiyyatdan keçirilib. 

İdeoloji cəhətdən “Yüksəliş” Partiyası milliyyyətçi partiyadır, türk dünyasının birliyinin tərəfdarıdır. Amma siyasi həyatda partiya onlarla belə təşkilatdan heç nə ilə fərqlənmirdi.

Buna görə Əsədliyə qarşı irəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olduğunu demək hələlik çətindir. 

Previous Post

Anar Asadli, head of “Rise” Party, arrested

Next Post

Defence appeals against decision to extend arrest of Bakhtiyar Hajiyev

Start typing to see posts you are looking for.