JURNALİSTİN SƏHHƏTİ İLƏ ƏLAQƏDAR İSTİNTAQ HƏRƏKƏTLƏRİ TƏXİRƏ SALINIB

“Yeni Müsavat” qəzetinin köşə yazarı Mahal İsmayıloğlu ilə bağlı istintaq hərəkətləri, jurnalistin səhhətindəki problemlə əlaqədar müvəqqəti olaraq təxirə salınıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) açıqlamasında M. İsmayıloğlunun hüquqlarını müdafiə edən “Media Hüquqları İnstitutu”nun vəkili Elçin Sadıqov bildirib.
Hal-hazırda müalicəsini evdə davam etdirən M. İsmayıloğlu RATİ-ə ürəyindən əməliyyat olunmasını və bu əməliyyat üçün 7 min AZN lazım olduğunu bildirib.    Qeyd edək ki, M. İsmayıloğlu fevral ayının 14-də, ona qarşı 8 ay əvvəl açılmış cinayət işi ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə (RPİ)  çağırılıb. Polis idarəsində  köşə yazarının istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsinə dair qərar çıxardıb. Bundan sonra M. İsmayıloğlu istintaq materiallarında ona qarşı irəli sürülən saxta ittihamlarla  tanış olarkən özünü pis hiss etmiş və huşunu itirərək yerə yıxılmışdır. Bu səbəbdən təcili tibi yardım çağırılıb və jurnalisti Mərkəzi Tibbi Klinikaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən M. İsmayıloğlunun infarkt keçirdiyi məlum olub.  
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Previous Post

MƏTBUAT ŞURASININ OFİSDƏN ÇIXARILACAĞI HAQQINDA MƏLUMATLAR DOĞRU DEYİL

Next Post

HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AİLƏLƏRİNƏ MADDİ YARDIM EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.