Obyektiv TV

December 18th, 2012

Obyektiv TV ənənəvi mətbuat üzərində hökumətin artan nəzarətinə cavab olaraq, Azərbaycandan insan hüquqları ilə bağlı alternativ xəbər yayımını təmin etmək məqsədilə RATİ tərəfindən 2010-cu ilin mayında qeyri-kommersiya və müstəqil onlayn xəbər mənbəyi kimi yaradılmışdır. Ölkənin əsas media orqanlarının toxunmadığı, natamam əhatə etdiyi və ya qərəzlə işıqlandırdığı məsələlər, o cümlədən ifadə azadlığı, qanunun aliliyi, şəffaflıq və mülki hüquqlar Obyektiv TV yayımının əsasını təşkil edir. Obyektiv TV-nin Azərbaycanda hər hansı siyasi partiya ilə bağlılığı yoxdur. Obyektiv TV demokratik cəmiyyət üçün vacib olan azadlıqları, şəffaflıq və siyasi plüralizmi təbliğ edən müstəqil media nəzarəti qurumudur.
Obyektiv TV-nin əsas məqsədi azərbaycanlıların və beynəlxalq ictimaiyyətin insan hüquqları xəbərlərinə çatımını artırmaq və yerli auditoriyanın Azərbaycan vətəndaşları olaraq öz hüquqları barədə məlumatlılığını artırmaqdır. İnsan hüquqların pozulması və ya təhlükədə olması haqqında məlumat verməklə, Obyektiv TV şəffaflıq və plüralizm mədəniyyətini dəstəkləyir. Obyektiv TV müxalif siyasətçilər, vətəndaş cəmiyyəti liderləri, jurnalistlər, sıravi vətəndaşlar, habelə dövlət nəzarətində olan əsas medianın diqqətdən kənarda qoyduğu digər şəxslər üçün peşəkar platforma təmin edir. Məqsəd isə dövlətin nəyi təmin etməsi ilə əhalinin nəyə ehtiyac duyması arasındakı boşluq haqqında məlumatlılığın artırılmasıdır.
Obyektiv TV həmçinin beynəlxalq ictimaiyyət, o cümlədən Bakıdakı diplomatik korpuslar və xarici dövlətlərin nümayəndələri üçün də nəzərdə tutulub. Buna görə də Obyektiv TV-nin ingilis dilli tərcüməçi və redaktorlar heyəti digərləri tərəfindən işıqlandırılmayan xəbərləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xəbər bülletenlərinin ingilis versiyasını hazırlayır.
Əlavə məlumat üçün bizimlə info(at)irfs(dot)org elektron ünvanı vasitəsi ilə əlaqə saxlayın