Gənclər mediasının və İKT-nin təşviqi

December 18th, 2012

RATİ gənclərin yüksək keyfiyyətli incəsənət nümunələri yarada və nümayiş etdirə bilməsi üçün onlara təlim keçməklə və lazımi şəraiti yaratmaqla gənclərin yeni media vasitələrindən obrazlı şəkildə istifadəsini dəstəkləməkdə davam edir.

2012-ci ilin yanvar ayında RATİ bu məqsədlə “Azərbaycan Gənclər Media Mərkəzi”ni yaratmışdır. Mərkəz gənclərin Azərbaycan cəmiyyətindəki sosial, iqtisadi və siyasi problemlərə diqqət cəlb edən multimedia məhsulları yaratması üçün bir platforma rolunu oynayır. Bu cür məhsulların yaradılmasında marağı olan gənclərin vahid bir məkanda – RATİ-nin ofisində bir araya gətirilməsi ideyası RATİ ilə onun beynəlxalq partnyoru olan “Beynəlxalq Mediaya Dəstək” (IMS) təşkilatı arasında bağlanmış müqavilədə irəli sürülmüşdür. Azərbaycan Gənclər Media Mərkəzi layihəsinin əsas məqsədi 18-28 yaşlı gənclərə ənənəvi və rəqəmsal mediada xəbərlərin hazırlanması və yayılması bacarıqlarının aşılanmasıdır.

Gənclər proqramı haqqında əlavə məlumat üçün info (at) irfs.org elektron ünvanı ilə əlaqə saxlayın