“ANS” telekanalının çəkiliş qrupu bu gün (11 fevral) gecə saatlarında fiziki təzyiqə məruz qalıb. Telekanalın yaydığı xəbərə görə, saat 04.30-da Xırdalanda yerləşən yüksək gərginlikli elektrik yarımstansiyasında yanğın hadisəsini işıqlandırmaq məqsədi ilə ərazidə olan “ANS” əməkdaşlarını özlərini “Azərenerji” ASC-nin mühafizəçiləri kimi təqdim edən bir qrup şəxslər hadisə yerindən kənarlaşdırmaq istəyiblər.
Həmin şəxslər müxbir Anar Qafarov və operator Polad Orucova fiziki təzyiq göstərmiş, nəticədə telekanalın videokamerası sındırılmışdır.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları məsələ ilə münasibət öyrənmək üçün “Azərenerji” ASC-yə dəfələrlə zəng etsələr də, telefonlara cavab verən olmadı.
“Azərenerji” ASC vitse-prezidenti Məcid Əliyev “ANS” TV-yə bildirib ki, günahkarlar cəzalandırılaraq vəzifəsindən azad edilib və telekanala dəymiş maddi ziyan ödəniləcək.