JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ İLLİK HESABATINI AÇIQLAYIB

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) 2009-cu ildə dünyada söz azadlığının durumu ilə bağlı hesabat açıqlayıb.

“Jurnalistləri həbs etdirməyi senzuranın kobud bir forması kimi istifadə edən İlham Əliyevin avtoritar  hökuməti regionun sayına görə ən çox jurnalist həs etdirən iqtidarlarından biridir. Hökumət  yerli və beynəlxalq qurumların çağırışlarına baxmayaraq, həbsdə olan yaşlı bir jurnalisti  müalicə etməyərək, onun həbsə ölümünə bais olub” – deyə hesabatda bildirilir.
“Əliyev özünün neft ölkəsinə ciddi nəzarətini əlində saxlamağa nail olmuş, azad sözə qarşı təqibləri bir qədər də sərtləşdirmişdir. Habelə  2009-cu ilin martında Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklə faktiki Əliyevə  ömürlük prezident olmaq üçün imkan yaradılıb” – deyə sənəddə vurğulanır.
Sənəddə “Tolışi Sədo” qəzetinin 2007-ci ildə 10 il həbs cəzasına məhkum edilmiş 68 yaşlı redaktoru Novruzəli Məmmədovun cəzasının 2 ilini çəkəndən sonra ağırlaşan xəstəlikdən həbsdə vəfat etməsi,  “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yerli FM tezliyində yayımına qadağanın qoyulması, “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” qəzetinin baş redaktoru  Qənimət Zahidi hələ də həbsdə olmalarından söz açılır. Sənəddə gənc  bloqqerlər – Emin Milli və Adnan Hacızadənin  də xuliqanlıq ittihamı ilə həbs edilməsi, əslində isə onların  internetdə yaydıqları “Eşşək” videosuna görə  həbs edildiyi bildirilir.
Sənədin Naxçıvan Muxtar Respublikasına aid hissəsində isə, bu bölgənin əvvəllər olduğu kimi jurnalistlərin fəaliyyəti üçün ən təhlükəli məkan olaraq qaldığı qeyd edilir.  Hesabatda qeyd olunur ki, 2009-cu ilin fevralında Naxçıvandakı yerli KİV-lərin fəaliyyətini öyrənmək üçün bölgəyə səfər etmiş Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) və müstəqil “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov da zorakılığa məruz qalıb.
Hesabatın tam mətnini ingilis dilində oxumaq üçün http://cpj.org/2010/02/attacks-on-the-press-2009-azerbaijan.php linkinə müraciət edə bilərsiniz.
Previous Post

VƏKİL GƏNC BLOQÇULARIN ŞİKAYƏTİNƏ BAXAN HAKİM HEYƏTİNƏ ETİRAZ EDİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.