Son günlər mətbuatda "24 saat" qəzetinin rəhbərliyi və kollektivinin dəyişilməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı RATİ qəzetin baş redaktoru Fikrət Fərəməzoğlu ilə əlaqə saxlayıb. Baş redaktor bildirib ki, maliyyə çətinliyi üzündən qəzet nəşrini dayandırıb: "son vaxtlar qəzetin maliyyə çətinliyi var idi, bir müddət gözlədim. Lakin qəzeti bu vəziyyətdə saxlaya bilməyəcəyimə görə, Ədliyyə Nazirliyinə gedib, qeydiyyatı ləğv etdirdim. Eşitdiyimə görə, qəzeti yenidən bərpa ediblər və baş redaktoru İlham Tumas olacaq .
Bununla bağlı "Nota bene" qəzetinin təsisçisi İlham Tumasla əlaqə saxladıq. O, əməkdaşımızla söhbətində bildirib ki, adını çəkmək istəmədiyi bir dostu qəzeti yenidən təsis edib və ona baş redaktor olmaq təklif olunub: "qəzetin kollektivi artıq müəyyənləşib. Və yaxın günlərdə qəzet öz nəşrinə başlayacaq".