Həbsdə olan jurnalist Eynulla Fətullayevə dəstək üçün oktyabrın 20-də başlayan aclıq aksiyası Müsavat Partiyasının qərargahında davam edir.
Aksiya iştirakçılarından Elçin Həsənovun təzyiqi çox aşağı düşüb, Şahvələd Çobanoğlu və Qan Turalının isə səhhəti normaldır.
Həkimlər onlara kömək etmək təklifini versələr də, aclıq edənlər həkimlərin köməyindən imtina ediblər.
Bundan başqa “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli RATİ-yə bildirib ki, sabahdan Eynulla Fətullayevə dəstək aksiyasına başlayacaq.
Ancaq aksiyanı iş yerində keçirəcəyəm” – deyə Rövşən Hacıbəyli əlavə edib.
Bununla belə, aclıq edən jurnalistlərin həmkarları Şahvələd Çobanoğlu, Qan Turalı və Elçin Həsənova aksiyanı dayandırmağı təklif ediblər.
Qeyd edək ki, jurnalist Eynulla Fətullayev Avropa Məhkəməsinin onun barəsində çıxardığı qərarın icra olunması tələbi ilə 4 gündür aclıq aksiyasına başlayıb. Həmkarları isə ona dəstək olaraq 3 gündür aclıq aksiyasına başlayıblar.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.