Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib.
“Lent.az” saytının məlumatına görə, bu barədə dünən (23 noyabr) MTRŞ-də keçirilən növbəti iclasda qərar qəbul olunub.
Toplantıda “Televiziya və radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq, radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində radio üzrə 103.3-cü tezlik resursuna noyabrın 25-dən dekabrın 25-dək müsabiqə elan olunub.