Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan media ombudsmanı institutunun yaradılmasından və media ombudsmanın təyin edilməsindən imtina olunmağı istiqamətində atılmaqda olan addımları pisləyir.
RATİ hesab edir ki, media ombudsmanının səlahiyyətlərinin insan haqları üzrə hazırkı müvəkkilə verilməsi maraq toqquşmasına gətirib çıxaracaq, eyni zamanda RATİ xüsusi vurğulamaq istəyir ki, hazırkı ombudasmanı hakimiyyətin dolayı nəzarəti altında fəaliyyət göstərməsi kimi qiymətləndirmələr var və buna görə də indiki ombudsmana əlavə səlahiyyətlərin verilməsi yox, onun əslində insan haqlarını daha da yaxşı və səmərəli şəkilə qoruması sahəsində işinin təkmilləşdirilməsinə ehtiyac var.
RATİ Azərbaycan Respublikası Prezidentinə müraciət edərərk, prezidenti media ombudsmanı institutunun səlahiyyətlərinin insan haqları üzrə müvəkkilə verilməsinə dair konstitusiya qanununa əlavə və dəyişiklik layihəsini parlamentdən geri çağırmaga və “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan media ombudsmanı institutunu yaxın zamanlarda yaratmağa və bu institutun işə başlamasını təmin etməyə səy göstərməyə çağırır.