Biz bu açıqlamanı vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı təzyiq və fəaliyyətimizə müdaxilə kimi qiymətləndiririk. QHT-lərin, o cümlədən hüquq müdafiəçilərinin istənilən beynəlxalq təşkilatın iclaslarına qatılmaq və orada müzakirə olunan mövzular ətrafında müzakirələrdə iştirak etmək və fikirlərini bölüşmək haqqı var. Ölkə Konstitusiyasının 47-ci (fikir və ifadə azadlığı) maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsi və digər yerli və beynəlxalq aktlarda fikir və ifadə azadlığına təminat verilir. Vətəndaş cəmiyyəti təmsilçilərinin bu müzakirələrə fəal cəlb olunmasının zəruriliyi demokratiyanın və plüralizmin əsas şərtlərindən biri kimi Avropa Şurasının çoxsaylı sənədlərində əksini tapıb.
Spikerin “gərək bu məsələlərə diqqət edək” kimi açıqlamasını birbaşa təhdid kimi qiymətləndiririk. Biz demokratik cəmiyyətdə yüksək vəzifə tutan şəxslərin belə məzmunlu çıxışlarının yolverilməz olduğunu vurğulamaqla beynəlxalq ictimaiyyəti, xüsusən Avropa Şurasının Parlament Assambleyasını bu hadisəyə reaksiya verməyə və hüquq müdafiəçilərinə dəstək göstərməyə çağırırıq.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev
Demokratiya və İnsan Haqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Rəsul Cəfərov
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli
Demokratiya Monitorunun rəhbəri Fuad Həsənov
Azərbaycan (Norveç) İnsan Haqları Evinin rəhbəri Vüqar Qocayev