Dünən “Azadlıq” radiosunun Azərbaycan xidməti radionun bağlanması ilə bağlı fikirlər barədə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, radionun bağlanmasına dair səslənən ehtimalların əsası yoxdur. Belə ki, ölkə başçısı radio prezidentinə xarici yayımları dəstəklədiyini söyləmişdir. Gedmin digər görüşlərində də bu barədə fikir mübadilələri aparmış, yerli qanunvericilik əsasında fəaliyyətdə olan radionun verilişlərinin yayılmasında hər hansı bir məhdudiyyətin olmadığı və radionun yayımdan razılıq ifadə olunmuşdur. Mətbuatda ölkə başçısının “Azadlıq” radiosuna ehtiyac olmadığı haqda verilən məlumatlar həqiqəti əks etdirmir.