RUSLAN BƏŞİRLİ AZAD EDİLMƏDİ

Bu gün  (22 avqust) 1 saylı cəzaçəkmə müəssisəsində hakim Azər İsmayılovun sədrliyi ilə “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin  vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxıldı və hakim müraciəti  təmin etmədi.

R. Bəşirlinin vəkili Tahirxan  Xanəliyevin  prosesdən sonra media nümayəndələrinə bildirdi ki, məhkəmənin qərarı heç bir hüquqi əsasa söykənilmədən çıxarılıb: “Qərarın verilməsində 2007-ci ildə Ruslan Bəşirli barəsində tətbiq edilən tənbeh tədbirləri öz əksini tapmışdı.  Baxmayaraq ki, bu tənbeh tədbirləri bir il müddətində tətbiq edilmirsə, qüvvəsini itirmiş hesab edilir. 2007-ci ildən 2011-ci ilə qədər onun barəsində heç bir tənbeh tədbiri yoxdur”, – deyə qeyd edən  vəkil  bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirdi.

Xatırladaq ki, “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli  2005-ci ilin 18 may tarixində  parlament seçkiləri  ərəfəsində həbs edilib. 2006-cı ilin iyulun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Ruslan Bəşirlini Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə) ilə təqsirli bilərək  7 il müddətinə azadlıqdan məhrum edib. “Yeni Fikir” Gənclər Təşkilatı sədrinin  2005-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat, AXCP, ADP-nin yaratdığı “ Azadlıq”  seçki blokunun mitinqlərində nümayiş etdirdiyi fəallığına görə şərlənərək həbs edilib.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN ETİRAZ AKSİYASI

Next Post

RUSLAN BƏŞİRLİ AZAD EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.