Bu gün (25 aprel) Yasamal Rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin BDU-nun rektoru Abel Məhərrəmova qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi qərarın elan edilməsi ilə başa çatıb.
Hakim jurnalistin iddiasının rədd olunması haqqında qərar çıxarıb. Ağazadə məhkəmədə müşahidə aparan RATİ-nin əməkdaşına bildirib ki, o qərardan şikayət verəcək.
Qeyd edək ki, jurnalist vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində özünə dəymiş mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmışdı. Eyni zamanda jurnalist tərəfindən Abel Məhərrəmova qarşı şərəf və ləyaqətin müdafiəsi ilə də bağlı iddia qaldırılıb. Bu iddia üzrə məhkəmə araşdırması davam edir.