20 Aprel saat 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Demokratiya naminə musiqi” kampaniyası tərəfindən növbəti dəyirmi masa keçiriləcək. Tədbirdə kampaniya çərçivəsində hazırlanan və musiqi yarışmasına qatılacaq əcnəbilərə ünvanlanan video müraciətin təqdimatı keçiriləcək, görülən və görülməsi planlaşdırılan işlər haqqında məlumat veriləcək və insan haqları ilə bağlı mövcud vəziyyət müzakirə ediləcək.
Jurnalistlər, QHT-lər, dövlət qurumları, diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.