Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevin Nəsimi rayon Məhkəməsinin 16 oktyabr tarixli qərarından (həbs müddətinin bir ay uzadılması) verilən apellyasiya şikayəti təmin edilməyib. Bu barədə “Mediaforum” xəbər saytı məlumat yayıb.
“Nicat Əliyevə qarşı qaldırılmış cinayət işinin yaxın vaxtlarda yekunlaşacağını və məhkəməyə göndəriləcəyini güman edirəm”, – deyə vəkil bildirib.
Xatırladaq ki, 2012-ci may ayının 20-də axşam saat 19-20 radələrində İslam dini yönlü “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev “Memar Əcəmi” metro stansiyası yaxınlığında yerləşən "Killer" kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda Nicat Əliyev Kürdəxanı təcridxanasında saxlanılır.