ABŞ Dövlət Departamenti Aytən Məmmədovaya hücumun günahkarlarını tapıb cəzalandırmağa çağırıb

ABŞ Aytən Məmmədovanın işini diqqətlə izləyir, Azərbaycan hakimiyyətini araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır, TURANın Vaşinqton müxbiri xəbər verir.

“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücum iddiaları və digər təzyiqlərdən dərin narahatıq”,-Dövlət Departamentinin sözçüsü çərşənbə axşamı TURANa bildirib.

“Jurnalist Aytən Məmmədovaya hücumu pisləyirik. Bu hücum  Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından  cəmi bir həftə sonra baş verib.

Biz bu işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, – sözçü bildirib.

 “Biz bütün hökumətləri medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan işlərini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq.

ABŞ mətbuat azadlığının və bütün dünyada jurnalistlərin və media işçilərinin təhlükəsizliyinin tərəfdarıdır”, – Dövlət Departamentinin sözçüsü əlavə edib.

Previous Post

Statement by the Institute for Reporters’ Freedom and Safety

Next Post

U.S. ‘Closely Monitors’ the Case of Aytan Mammadova, Urges Authorities to Investigate And Hold Those Responsible Accountable

Start typing to see posts you are looking for.