Almaniyadan deportasiya olunmuş fəalın sağlamlığı ilə bağlı problemləri var

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilmiş fəal Mütəllim Orucov istintaq təcridxanasında səmərəli tibbi yardım göstərilməməsindən gileylənir.

Oğlu Elvin Orucun Turan-a verdiyi məlumata görə, fəalın təzyiqi davamlı olaraq yüksəkdir (yuxarı göstərici 170-180).

İstintaq təcridxanasında hər hansı müalicə aparılmır. “Atamın səhhətində onsuz da ciddi problemlər var. O, Almaniyadan deportasiya olunmazdan əvvəl ağır formada koronavirus keçirib. Üç həftə xəstəxanada yatıb, həbs isə virusun fəsadlarını artırıb”, deyə o bildirib.

Vəkil Nemət Kərimli Turan-a Orucun səhhətində ciddi problemlər olduğunu və ona səmərəli tibbi yardım göstərilmədiyini təsdiq edib.

Vəkil xatırladıb ki, oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi M.Orucovu 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Kərimli hökmdən apellyasiya şikayəti verib.

Məhbusların sağlamlığının müdafiəsi məsələləri ilə məşğul olan Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən şərh almaq mümkün olmayıb.

Orucov ötən il iyunun 1-də readmissiya qaydasında Almaniyadan deportasiya olunub. Oktyabrda o, böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Onun təqibinin əsl səbəbi Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Avropada keçirilən aksiyalarda iştirak etməsidir. 

Previous Post

Activist deported from Germany has health problems

Next Post

olice put physical pressures on journalists during Musavat rally

Start typing to see posts you are looking for.