Apellyasiya Məhkəməsi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri Elçin Məmmədin cəzasını yumşaltmaqdan imtina edib

Bu gün hakim Həsən Əhmədovun sədrliyilə Bakı Apellyasiya Məhkəməsində Elçin Məmmədin həbs cəzasının üçdə bir hissəsinin çəkilməsilə əlaqədar cəzasının yumşaldılması ilə bağlı müraciətinə baxıb.

Proses zamanı Məmməd deyib ki, 16 saylı koloniyadan məhkəməyə verilən xasiyyətnamə “reallığı əks etdirmir və sifariş əsasında tərtib edilib”.

Əsasən orada qeyd olunur ki, Məmməd “müvafiq davranış normalarına, etik qaydalara, personal və digər məhbuslarla ünsiyyətə əməl olunmasında səmimiyyət göstərmir”.

Məmməd koloniyadakı videomüşahidə kameralarından qeydlərə baxmaq məqsədilə müstəqil monitorinq qrupunun yaradılması barədə vəsatət qaldırıb. Bu da onun davranışının əsl mənzərəsini üzə çıxarardı və məhkəmə öz rəyləri əsasında qərar çıxara bilərdi.

Məmməd Ali Məhkəmənin Plenumunun 8 oktyabr 2010-cu il tarixli qərarına istinad edib ki, həmin qərara əsasən bu cür müraciətlərə baxarkən məhkəmələr subyektiv mülahizələrin dəlilləri ilə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətlərə tam, hərtərəfli və obyektiv baxılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər.

Lakin press-relizdə qeyd olunduğu kimi, məhkəmə vəsatəti və şikayəti təmin etməyib və Məmmədin cəzanı yüngülləşdirməkdən, əsasən şərti olaraq vaxtından əvvəl azadlığa  buraxmaqdan imtina edən Suraxanı məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məmməd hesab edir ki, Apellyasiya Məhkəməsi onun həbsinin sifarişçilərinin iradəsini yerinə yetirib, indi onlar onu mümkün qədər uzun müddətə həbsdə saxlamaq istəyirlər.

Xatırladaq ki, 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatının rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluq” və “döyüş sursatlarının və silahların qanunsuz saxlanılmasında” təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Hüquqi yardım göstərdiyi qadın ondan şikayət edib. Bundan əvvəl həmin qadın criminal.az  saytının redaktoru Anar Məmmədovdan da şikayət edib.

Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

The ECHR for the first time recognized the violation of the right to receive information in Azerbaijan

Next Post

The Court of Appeal denies head of the Society for Legal Education of Youth of Sumgayit Elchin Mammad mitigation of punishment

Start typing to see posts you are looking for.