AŞ Venesiya Komissiyası Azərbaycanın media haqqında qanununu yararsız hesab edib

Avropa Şurası Venesiya Komissiyası iyunun 20-də Azərbaycanın “Media haqqında” qanunu ilə bağlı rəy bildirib.

Dörd ekspertin hazırladığı 22 səhifəlik rəy VK-nin 17-18 iyun tarixlərində keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Venesiya Komissiyası belə qərara gəlib ki, Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanun tətbiq edilməməlidir.

Venesiya Komisiyası öz rəyində müəyyən müddəaları əsas hədəf alıb.

“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “dondurucu effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir.

Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir”, deyə məlumatda bildirilir.

Venesiya Komissiyası “Media haqqında” qanunla bağlı Azərbaycan hakimiyyətini təcili olaraq aşağıdakıları həyata keçirməyə çağırır:

– Qanunun 26-cı maddəsi – KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilməlidir;

– Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır;

– akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;

– məzmunla bağlı qanundakı məhdudiyyətlər Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırılmalıdır;

– jurnalsit qaynaqlarının qorunması ilə bağlı müddəalar dəyişdirilməlidir;

– platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməlidir;

– çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır.

Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməli olduğu vurğulanır.

Previous Post

The Venice Commission of the Council of Europe “rejected” the Azerbaijani law on media

Next Post

Supreme Court did not satisfy Aliyev’s cassation claim

Start typing to see posts you are looking for.