AŞPA-da “Tərtər işi”nə dair müzakirələr

“Tərtər işi” noyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri Komitəsinin iclasında müzakirə predmeti olub. Bu barədə REAL partiyasının siyasi şurasının üzvü, Azərbaycan parlamentinin deputatı Erkin Qədirli öz Facebook səhifəsində yazıb.

Qədirli iclasda çıxışında hüquq müdafiə təşkilatlarının hesabatlarına və rəsmi qurumların məlumatlarına əsaslaraq qeyd edib ki, “Tərtər işi” ölkədə siyasi müzakirələrə xüsusi təsir göstərir.

Onun sözlərinə görə, problemin miqyasını və xarakterini qiymətləndirmək üçün Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndə heyətinin səfəri təşkil edilməlidir. Onun mandatı AŞPA-nın bu məxsələ üzrə xüsusi məruzəçisinin təyin edilməsindən daha səmərəli mexanizmdir.

Müzakirələr zamanı məruzəçi olmaq istəyən olmayıb. Komitə müzakirəni gələcəkdə davam etdirmək qərarı qəbul edib.

* Bu ilin iyununda 24 AŞPA üzvü Azərbaycanda “Tərtər işi” kontekstində işgəncələrin araşdırılması və bu məqsədlə assambleyanın məruzəçisinin təyin edilməsi təşəbbüsü ilə çıxış edib.

1551 nömrəli müvafiq sənəd iyunun 25-də AŞPA-nın saytında dərc edilib. Araşdırmaların təşəbbüskarı qismində İtaliyalı senator Robert Rampi çıxış edib.

Sənəd müəllifləri araşdırma zərurətini “Tərtər işi”ndə genişmiqyaslı işgəncə faktları ilə əlaqələndiriblər, 200-dən çox hərbiçi bu işin qurbanı olub, onların 11-i vəfat edib.

25 nəfər işgəncə altında dindirilmə zamanı alınmış məlumat əsasında dövlətə xəyanətə görə mühakimə edilib və yeddi ildən iyirmi ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

** 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və DİN Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbi qulluqçunun və mülki şəxsin saxlanıldığını bildirib.

Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi qaldırıb. Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı 11 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif müddətə həbs cəzasına məhkum edilib.

Previous Post

Journalist under pressure from police

Next Post

Discussion of the “Terter case” in PACE

Start typing to see posts you are looking for.