AXCP fəalı həbs edilib

Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qaradağ rayon şöbəsinin fəalı Elnur Həsənov 30 sutka müddətinə inzibati qaydada həbs edilib. 

Bu barədə AXCP məlumat yayıb.  

AXCP bildirir ki, fəalın həbsinin səbəbi sosial şəbəkələrdə paylaşımlarıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana Elnur Həsənovun həbsini təsdiq edib.

Lakin o bildirib ki, Elnur Həsənovun həbsində siyasi səbəb yoxdur.

Previous Post

PFPA activist arrested for 30 days

Next Post

Two members of “Muslim Unity” reportedly detained

Start typing to see posts you are looking for.