DAŞQIN ZONASINDA KÜR VƏTƏNDAŞ CƏMİYYƏTİ QƏRARGAHININ FƏALİYYƏTİ QADAĞAN EDİLİB

Azərbaycanın mərkəzi aran rayonlarında baş vermiş iri miqyaslı daşqınların nəticələrinin aradan qalıdırılmasının monitorinqini və əhaliyə dəymiş ziyanın alternativ hesabatını aparan “Kür” Vətəndaş cəmiyyəti qərargahının bölgədəki fəaliyyəti avqustun 28-dən qəti qadağan olunub.

Belə ki, avqustun 6-dan fəlakət bölgəsində fəaliyyət göstərən  qərargah Sabirabad və İmişli rayonunu 20-yə qədər kəndində əhaliyə dəymiş ziyanın alternativ hesabatını aparıb. Amma avqustun 25-də Sabirabad rayonun Azadkənd də  Xankeçən kənlərində işləyən qərargah üzvləri Sabirabad rayon Qaragünə Polis Bölməsinə aparılıblar. Qərargah üzvlərinə rayon icra hakimiyyətindən tapşırıq gəldiyini və onların bölgədə fəaliyyətlərinin yasaq edildiyini bildiriblər.

 

Qərargahın koordinatoru Oqtay Gülalıyev bildirib ki, bu tələb qanunsuz olduğu üçün onlar işlərini davam etdirmək istəyiblər. Amma avqustun 26-da onlar Azadkənd və Xankeçən kəndlərinə buraxılmayıblar, avqustun 27-də isə Hacıqabul rayonun Meyniman kəndində qərargah üzvləri polis təzyiqi ilə üzləşiblər. Nəhayət avqustun 28-də qərargah üzvləri təkrar Qaragünə Polis Bölməsinə, Oqtay Gülalıyev isə Sabirabad rayon Polis Şöbəsinə aparılaraq qanunsuz  5 saat saxlanılıb və ona polis rəisi səviyyəsində ərazini tərk etmək barədə rəsmən xəbərdarlıq edilib.

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 23-28 AVQUST

Next Post

JURNALİSTLƏR PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA TƏZYİQƏ MƏRUZ QALIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.