HƏRBİ JURNALİST CƏSUR SÜMƏRİNLİ HƏDƏLƏNİB

 “Riyad” Mühafizə Xidmətinin rəis müavini İlqar Rzayev “Milaz” İnformasiya Agentliyinin baş direktoru, “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı Cəsur Sümərinlini (Məmmədov)  hədələyib.  Bunu  bu gün (14 sentyabr ) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Cəsur Sümərinlinin özü bildirib.

O bildirdi ki, onun dayısı oğlu Elnur Tağıyev işlə bağlı “Riyad ” mühafizə xidmətinə müraciət edib. “Lakin qohumuma  bildiriblər ki, şəxsiyyət vəsiqəni saxla, biz sənlə əlaqə saxlayacağıq. Dəfələrlə şəxsiyyət vəsiqəsi üçün müraciət edilməsinə baxmayaraq Elnur Tağıyevə  şəxsiyyət vəsiqəsi qaytarılmayıb. Bununla bağlı olaraq  mən  “Riyad” mühafizə xidmətinə getdim, lakin heç kimi tapa bilmədim və  mənə bildirdilər ki, İlqar müəllimə zəng edim. Mən  İlqar müəllimə ilk dəfə  zəng edəndə o mənə dedi ki, gəlin ofisə məsələni orda həll edək. Lakin işlərimlə bağlı olaraq gedə bilmədiyimdən şəhərdə olanda İlqar Rzayevə zəng vurdum və  xahiş etdim ki, sənədi bir şəxslə mənə göndərsin. Amma o bildirdi ki, sənədi yalnız ofisdə verə bilər və  sonra o  məni təhqir etməyə və hədələməyə başladı”, – deyə  C. Sümərinli əlavə etdi.

 C. Sümərinli bildirdi ki, hadisə ilə bağlı olaraq Daxili İşlər Naziri Ramil Usubova online müraciət edib və  sabah da ona məktub göndərəcək.

 Məsələ ilə bağlı olaraq “Riyad ” mühafizə xidmətinin rəis müavini İlqar Rzayevlə əlaqə saxladıq. İlqar Rzayev jurnalisti təhqir etmədiyini və hədələmədiyini, ancaq jurnalistin onunla kobud danışdığını iddia etdi. Rəis müavini sənəd məsələsini araşdıracağını və məsələni müsbət həll edəcəyini də qeyd etdi. 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 14.09.2010

Next Post

ANASI HƏBSDƏKİ BLOQÇU İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.