İDDİAÇILAR ŞAHİD QİSMİNDƏ ÇIXIŞ EDİBLƏR

 Nərimanov rayon məhkəməsinin hakimi Asif Allahverdiyevin sədrliyi ilə Yevlax icra başçısının və ictimaiyyətinin “Xural” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Prosesdə Yevlax ictimaiyyəti adından iştirak edən şəxslər özlərini əvvəlcə iddiaçı kimi təqdim etsələr də, sonradan həmin şəxslər  şahid qismində qeydiyyatdan keçdilər.

      İlkin olaraq çıxış edən “Kür” qəzetinin (yalnız Yevlaxda nəşr edilir) baş redaktoru Əminə Əhmədova bildirdi ki, “ “Xural”-da Yevlax haqqında yazılan yazılar bir jurnalist kimi məni ağrıtdı. Bu yazını oxuyanda fikirləşdim ki, kaş Elmar müəllim bu yazını oxumasın. Yevlaxda təkcə “Lalə” tikiş fabrikində 600-ə yaxın qadın çalışır. Yevlaxda hər kəsin üzü gülür. Elmar haqqında deyilən bu sözləri özümə təhqir sayıram.” Əvəz Zeynallı söz istəyərək bildirdi ki, “Kür” qəzetində aylıq 70 manat əmək haqqı ilə iş təklif olunur. Ancaq bu şəxslər prezidenti aldadaraq bildiriblər ki, əmək haqqı 200 manatdır. 

      Daha sonra şahid qismində təqaüdçü Mayis Rzayev dinlənildi. O bildirdi ki, məhkəməyə könüllü surətdə gəlib. Bundan sonra M.Rzayev iddiaçı tərəfin vəkilinin suallarını cavablandırdı:

Siz məqaləni özünüz oxumusunuz?

Bəli.

Siz məqalədə yazılanlarla razısınız?

Xeyr. Bu yazını yazanın gözü yoxdur. Bundan sonra Rzayev də Yevlaxda heç bir problemin olmaması, əhalinin sosial durumunun yüksək olması ilə bağlı ümumi çıxış etdi.

Ə.Zeynallı vurğuladı ki, “şahid qismində dindirilən şəxslər elə iddiaçıların özləridir. Azərbaycan qanunvericiliyinə görə şahid məhkəməyə özü könüllü olaraq gələ bilməz. Siz isə deyirsiniz ki, mən bura könüllü gəlmişəm. 

     Hakim prosesi dekabırın 25-i saat 14:30-a təyin etdi və bildirdi ki, proses digər şahidlərin dinlənilməsi ilə davam edəcək.  

Previous Post

YENİDƏN EKSPERTİZA KEÇİRİLƏCƏK

Next Post

İDDİAÇILAR ŞAHİD QİSMİNDƏ ÇIXIŞ EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.