Bakıda “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib

Bu gün, dekabrın 11-də Bakıda, “28 May” metro stansiyasının qarşısındakı meydanda “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiyaya polis müdaxilə edib. Amerikanın Səsinin hadisə yerində olan müxbirinin məlumatına görə, aksiya zamanı 10 nəfər saxlanılıb.

Saxlanılanlardan aksiyanı monitorinq edən hüquq müdafiəçiləri Zaur Əkbər və Zəfər Əhmədov sonradan sərbəst buraxılıb. Hazırda 8 nəfərin harada olduğu barədə məlumat verilmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Saxlanılan olmayıb,” mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən Rüstəmli azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb və artıq 36 gündür aclıq edir.

Saleh Rüstəmlii 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Previous Post

The Court of Appeal leaves Ilham Huseyn and Rustam Ismayilbeyli under arrest

Next Post

Action in the center of Baku in defense of Saleh Rustamov

Start typing to see posts you are looking for.