Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası

Mayın 12-si yetkinlik yaşına çatmayan şəxsi öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun yaxınları Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar dövlət ittihamçısının qərarına etiraz ediblər. Təqsirləndirilən şəxslərin yaxınları bildirir ki, İlkin günahsızdır, lakin məhkəmədə heç bir sübut olmadığı halda onu azadlığa buraxmırlar.

Mayın 3-ü Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı İlkin Süleymanova 20 il həbs cəzası istəyib.

Tovuz rayonunun Dondar Quşçu kənd sakini İlkin Süleymanov 19 noyabr 2019-cu il tarixində itkin düşən 10 yaşlı həmkəndlisi Nərmin Quliyevanı öldürməkdə ittiham olunur, onun yanmış cəsədi 6 yanvar 2020-ci ildə tapılıb.

Previous Post

Protest in front of Prosecutor General’s Office

Next Post

RATİ Bəxtiyar Hacıyevi dərhal azad etməyə və ona qarşı bütün siyasi motivli ittihamları ləğv etməyə çağırır

Start typing to see posts you are looking for.