Bloger həbsxana xəstəxanasına yerləşdirilib

Həbs cəzası çəkən bloger Elçin Həsənzadə səhhətinin pisləşməsi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, Həsənzadə nevroloji xəstəlikdən əziyyət çəkir.

Bundan başqa, onun böyrək xəstəliyi ağırlaşıb.

Yaxınlarının sözlərinə görə, əsəb sistemində pozuntular onun ədalətsiz və əsassız cinayət təqibi ilə əlaqədar yaranıb.

Xatırladaq ki, bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi blogerlər və fəallar Elçin Həsənzadəni və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi cinayət ittihamı qaydasında iddia şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən qaldırılıb. O, Həsənovun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edir. İddiaya sosial şəbəkələrdə məmur haqqında yayılan tənqidi nəşrlər səbəb olub.

Bundan əvvəl Mingəçevir məhkəməsi hər iki fəalı islah işlərinə məhkum edib, blogerlər hökmdən şikayət veriblər, amma apellyasiya məhkəməsi cəzanı real həbs cəzası ilə əvəz edib.

Həsənzadə eyni zamanda hüquq müdafiə fəaliyyəti ilə məşğul olurdu, əvvəllər isə Sumqayıtda dərc olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.

İyulda Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. Hüquq müdafiəçiləri Həsənzadəni və Türksoyu siyasi məhbus kimi tanıyıb.

Previous Post

Activist dismissed from work for participating in a protest action

Next Post

Blogger placed in prison hospital

Start typing to see posts you are looking for.