Bloger polisdə təzyiqlərə məruz qaldığını bildirib

Dekabrın 1-də bloger Elmar Əziz Bakının Pirallahı rayon polis bölməsinə çağırılıb. Buna onun yol polisi əməkdaşları haqda yaydığı video səbəb olub.

Bundan öncə Əziz yerli KİV-ə bildirib ki, noyabrın 30-da Qala qəsəbəsində yol polisi əməkdaşlarının sürücülərdən rüşvət almasını videoya çəkib. O, videonu Facebook-da paylaşıb.

Pirallahı polisində, sonra isə Bakı Şəhər Baş Polis İdarəsində ona təzyiq edilib. Onu videonu silməyə məcbur ediblər  və bu barədə danışmamağı tələb ediblər. Lakin Əziz baş verənlərlə bağlı KİV-ə danışıb və bu gün onu valideynlərilə birlikdə yenidən Pirallahı rayon polis bölməsinə çağırıblar.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a deyib ki, Elmar Əzizin valideynlərinin polisə aparılması barədə məlumat doğru deyil.

Onun sözlərinə görə, Elmar Əziz öz şikayətinin araşdırılması üçün özü polisə dəvət olunub.

Previous Post

Blogger alleges police pressure

Next Post

Court of Appeal does not release “Muslim Unity” member

Start typing to see posts you are looking for.