Bloqer Rəşad Ramazanov saxlanıldığı bildirilir.

Bloqer Rəşad Ramazanov mayın 20-də evdən çıxarkən saxlanıldığı bildirilir.

Onun həyat yoldaşı Könül Ramazanovanın sözlərinə görə, bloqer əvvəl Sabunçu rayon 14-cü polis bölməsinə aparılıb. “Rəşad ev telefonuna zəng vurub deyib ki, onu saxlayıblar, hazırda 14-cü polis bölməsindədir. Mən ora getsəm də, oradan mənə dedilər ki, Rəşadı Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb ora apardılar”.

K.Ramazanova qeyd edib ki, hadisə ilə bağlı Ombudsman Aparatına və “102” Xidmətinə məlumat verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 

Bloqer Rəşad Ramazanov 2013-cü ilin may ayında həbs olunmuşdu. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilib. R.Ramazanov ittihamı qəbul etməyib və öz həbsini sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə həbs olunduğunu deyib.

O, 2019-cu ilin martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Previous Post

Blogger Rashad Ramazanov, has been detained

Next Post

Religious activist Agaali Yakhyaev arrested for 30 days

Start typing to see posts you are looking for.