Daha bir qadın qətli

Abşeron rayonu Qobu qəsəbəsinin sakini, Kəmalə Gülmirzə qızı Sultanovanın (1995-ci ildə anadan olub) cəsədi avqustun 24-də evinin yaxınlığında aşkar edilib.

Abşeron Rayon Prokurorluğunun məlumatına görə, araşdırma zamanı qətli qadının keçmiş əri Nurlan Nazim oğlu Sultanovun törətdiyinə dair əsaslı şübhələr yaranıb. O, qadına çoxsaylı bıçaq zərbələri vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Sultanov təqsirli bilinərək şübhəli şəxs qismində istintaqa cəlb edilib. İstintaq hərəkətləri davam edir, məlumatda bildirilir.

Qeyd edək ki, son zamanlar məişət zəminində qadın qətlləri çoxalıb. Bu cinayətlər sosial şəbəkələrdə müzakirə mövzusu olub, feministlər isə bir sıra etiraz aksiyaları keçiriblər. Bundan sonra Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə əlaqədar əhaliyə xüsusi müraciətlə çıxış edib.

Müraciətdə qeyd olunub ki, 2021-ci ilin birinci yarısında 33 qadın qəsdən adam öldürməklə bağlı cinayətlərin qurbanı olub. Baş Prokurorluq qadınlara qarşı zorakılıq hallarında təcili olaraq Baş Prokurorluğun “961” nömrəsinə zəng etməyə çağırıb.

Öz növbəsində, yerli hüquq müdafiəçiləri hesab edirlər ki, zorakılıq faktlarının artmasının əsas səbəbi cəzasızlıqdır və Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırırlar.

Previous Post

Human rights defenders pay attention to violations of fundamental freedoms

Next Post

Another murder of a woman

Start typing to see posts you are looking for.