Dindarlar “Allahı təhqir edənlər cəzalandırılsın” şüarına görə saxlanılıb

Üç dindar: Yasin Əhmədov, Vüqar Əliyev və Nicat Əliyev iyunun 18-də Sumqayıt şəhərində ictimai yerdə “Allahı təhqir edənlər cəzalandırılsın!” şüarı yazdıqdan sonra polis tərəfindən saxlanılıb.

Növbəti gün məlum olub ki, Sumqayıt şəhər məhkəməsi Əhmədovu 10 gün müddətinə həbs edib, amma həbs cəzasının hansı hüquqpozmaya görə verildiyi məlum deyil.

Vüqar Əliyev və Nicat Əliyev Sumqayıt polis bölmələrində saxlanılırlar. Bu gün onların da məhkəməyə çıxarılacaqları gözlənilir.

Vüqar Əliyev bir müddət əvvəl “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin dindarların dindirilməsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq elan etdiyi aclıq aksiyasına qoşulub.

Aclıq aksiyasını həbsxanalarda ondan çox məhbus və azadlıqda olan bir neçə şəxs dəstəkləyib.

DİN polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır.

Previous Post

Believers detained for slogan: “Punish those who insulted Allah”

Next Post

Trial begins on murder case of LGBTI+ community member

Start typing to see posts you are looking for.