Dini fəal Ağaəli Yəhyayev 30 sutka müddətinə  həbs edilib

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan dini fəal Ağaəli Yəhyayev cümə günü axşam saatlarında 30 sutkalıq  inzibati həbs cəzasına məhkum edilib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilib

Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun barəsində hökm elan edilən zaman Yəhyayev  və daha 4 fəal məhkəmə binasının yaxınlığında saxlanılıb.

Onlardan ikisi – Süleyman Ələkbərov və Mail Kərimli axşam saatlarında sərbəst buraxılıblar, bu barədə hüquq müdafiəçisi Arzu Abdulla bildirib.

Daha iki saxlanılan fəalın  – İmran Məmmədli və Elgiz Məmmədovun taleyi naməlum olaraq qalır.

Previous Post

Religious activist Agaali Yakhyaev arrested for 30 days

Next Post

Blogger Rashad Ramazanov accused of drug trafficking

Start typing to see posts you are looking for.