Feministlər polisdə məruz qaldıqları fiziki və mənəvi təzyiqlər barədə məlumat veriblər

Ötən gün Xəzər rayon polisinin binası qarşısında etiraz aksiyası zamanı saxlanılmış feministlər polisdə onlara qarşı fiziki təzyiqlər barədə məlumat veriblər.

Saxlanılanlardan biri Gülnarə Mehdiyeva bildirib ki, idarədə onu döyüblər, “nalayiq sözlər”lə təhqir ediblər.

“Elmir İbrahimov adında əməkdaş iki dəfə yumruqla qarnımdan vurdu. Sonra bizi müxtəlif otaqlara apardılar. Məni dindirdilər və cavablarım polislərin xoşuna gəlmədiyinə  görə başımdan vurdılar.

Onlar mənim çantamı axtarmağa başlayanda etiraz etdim və Pərviz adlı əməkdaş mənə şillə vurdu. Məni çox nalayiq sözlərlə təhqir etdilər, sonra saçlarımdan tutub otaqdan çıxardılar”, – Mehdiyeva yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərini digər fəal Nərmin Şahmarzadə də təsdiqləyib. Onun sözlərinə görə, qızlara fiziki təzyiqlərdən və təhqirlərindən sonra, onları Polis İdarəsinin qapısına sürtdükləri boyanı silməyə məcbur etmək istəyiblər. Amma tezliklə yuxarıdan zəng gəlib ki, saxlanılanları buraxsınlar və polislər “quzu”ya dönüblər”- fəal deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə aksiya iştirakçılarına qarşı zorakılıq və saxlanma haqda məlumatı təkzib ediblər.

Xatırladaq ki, aksiya vətəndaş Sevinc Məhərrəmova ilə bağlı hüquq-mühafizə orqanlarının  fəaliyyətsizliyinə etiraz olaraq keçirilib. Qadın hələ mart ayında ərindən polisinə şikayət edib. Lakin polisdə və məhkəmədə onu “barışığa” və ailəyə qayıtmağa məcbur ediblər. Avqustun 3-də əri tərəfindən öldürüldü.

Previous Post

PFPA activist launched a hunger strike in the colony

Next Post

Feminists reported on physical and moral pressures by police

Start typing to see posts you are looking for.