Həbs edilmiş blogerin yaxınları Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər

Cəlilabadda həbs edilmiş bloger Saməddin Məmmədovun qohumlarından ibarət qrup cümə axşamı günorta etiraz aksiyası keçirib. Onlar əllərində onun portretini və blogeri mühakimə edən məmurların fotolarını tutublar.

Həbs edilmiş şəxsin oğlu da etirazçıların arasında olub. O, dövlət başçısına müraciət edərək onu qəbul etməyə çağırıb, əks halda vətəndaşlıqdan imtina edəcəyini və siyasi sığınacaq istəyəcəyini bildirib.

“Biz döyüşərək Vətəni qorumuşuq, dövlət başçısı və ya onun köməkçisilə görüş xahiş edirik. Biz Cəlilbad rayonunun rəhbərliyindən narazıyıq, atam onun sifarişilə həbs edilib”, –  Saməddin Məmmədovun  oğlu Nahid Məmmədov deyib.

Onun günahı ondan ibarətdir ki, Cəlilabad xəstəxanasında gənc anaların ölümünü işıqlandırırdı, buna görə onu həbs ediblər,- o deyib.

Polis etirazçıları binadan sıxışdırmağa çalışıb. Diplomatik missiyadan aksiya iştirakçılarının qarşısına heç kim çıxmayıb.

Aksiya iştirakçıları Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və yalnız axşam saatlarında azad ediliblər.

Nahid Məmmədun RATİ-yə verdiyi məlumata görə, polis onlarla kobud davranıb, qollarını buraraq maşına mindirib. Polis İdarəsində isə onlara xəbərdarlıq edilib ki, səfirliklərin qarşısında bir daha aksiya keçirməsinlər. 

Previous Post

IRFS demands to stop the pressure on journalist Elchin Ragimzade

Next Post

Relatives of the arrested blogger held an action of protest in front of the French Embassy

Start typing to see posts you are looking for.